26 il sonra bir ilk...





ABŞ 26 il sonra ilk dəfə uzun bombardman təyyarəsini - "B-12"ləri Orta Şərqə göndərdi.
ABŞ Hava Qüvvələri Mərkəz Komandirliyindən general-leynenant Charles Q. Brovn Jr. verdiyi açıqlamada  "B-12"-lərin IŞİD-ə qarşı döyüşlərdə koalisiya gücləri  tərəfindən istifadə ediləcəyini bildirib.

General-leynenant, bombardman təyyarələri ilə hədəflərin vurulacağını söyləyib.

"Reuters" xəbər agenliyinin məlumatına  görə, sayı açıqlanmayan "B-12" bombardman təyyarələri Qətərin Əl Udeid Hava məkanına  çatıb. ABŞ ən son 1991-ci ildə Körfəz savaşında  "B-12" ləri İraqın keçmiş  lideri Səddam Hüseyinə qarşı "Çöl Fırtınası Hərəkatı" zamanı istifadə etmişdi.