400 balina özlərini sahilə vurdu, 300-ü öldü - FOTOLAR

Yeni Zelandiyanın Cənub adasında özünü sahilə vuran 400-dən çox balinanın təxminən yüzdə 70-i həyatını itirdi. Sahil təhlükəsizlik işçiləri və yüzlərlə könüllü balinaları həyata qaytarmaq üçün səfərbər olsa da yalnız 100-ə yaxın balina xilas edilə bildi. 
Quruya çıxan balinaların dəniz yüksələnə qədər həyatda qala bilməsi üçün xilasedicilər və könüllülər tərəfindən balinaların üstlərinə yaş örtüklər sərilib, vedrələrlə su töküldü. Qurtarılan balinaların quruya geri dönməməsi üçün suda insan zənciri yaradıldı. Qurtarılan balinaların 50-si dənizə geri dönərkən, qalanlar özlərini  təkrar sahilə vurdu. Balinaların təkrar sahilə şıxmaması üçün dənizin bir sonrakı çəkilməsinə qədər könüllülər və vəzifəlilərin bölgədə keşik çəkəcəyi bildirilir. Bu kimi hadisələrlə tez-tez qarşılaşdıqlarına görə, balinalara necə müdaxilə edəcəklərini bilən bölgə sakinləri, bu dəfə özlərini sahilə vuran balinaların sayının çox olduğunu ifadə edərək, "Son illərin ən böyük itkisidir" deyiblər.
Yeni Zelandiya tarixində ən böyük balina faciəsi isə 1918-ci ildə, 1000-ə yaxın balinanın Chatham adalarında özlərini sahilə vurması ilə yaşanmışdı. Balinaların saya oturmasının səbəbi hələ bilinmir, ancaq mütəxəssislər iki  ehtimal üzərində dayanır. Bunlardan birincisi balinaların ovlarını dayaz sulara qədər qovması və dənizin çəkilməsiylə gəldikləri bölgəyə dönə bilməməsi, digəri isə balina qruplarındakı xəstə bir balinanı qorumağa çalışmalarıdir.