Zakir Həsənovun facebook səhifəsi bağlandı




Müdafiə Naziri Zakir Həsənovun adına açılan facebook səhifəsi bağlanılıb. Zakir Həsənov nazir postuna təyin olunandan sonra açılan səhifənin general-polkovnikə aidiyatı olmadığı üzə çıxıb. Bu barədə nazirlik rəsmisi Teymur Abdullayev açıqlama verərək facebook səhifəsinin saxta olduğunu bildirib. Bu açıqlamadan cəmi bir neçə saat keçməmiş nazirin adına açılan saxta profil bağlanıb. Səhifə sosial şəbəkənin axtarış bölməsində üzə çıxsa da profilə daxil olmaq mümkün deyil.

Qeyd edək ki, Zakir Həsənovun adına açılan facebook səhifəsində Müdafiə Nazirliyinin xəbərləri paylaşılırdı.