"Hökumətin büdcə təşkilatlarında su, işıq, qaz və yanacaq-sürtkü materiallarının ödənilməsi üçün xərcləri artırmaq planları düşünməyə əsas verir ki, 2014-cü ildə dövlət inhisarçılarının xidmət və mallarının tarifləri artacaq”. Bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev "facebook” səhifəsində yazıb. Ekspertin sözlərinə görə, ötən 2012-ci illə müqayisədə bu xərclər 55,1 faiz artacaq. Elektrik enerjisi ödənişi xərcləri 25,5 faiz, təbii qaz xərcləri 18,9 faiz, su xərcləri 26,7 faiz, istilik enerjisi xərcləri 20,3 faiz, kanalizasiya xidməti xərcləri 67 faiz artacaq. Telefon danışıqları, poçt və internet xidmətlərinin ödənişi xərcləri 13-32 faiz səviyyəsində artırılması nəzərdə tutulub. R.Ağayevin iddiasına münasibət bildirən həmkarı Azər Mehdiyev isə "Şərq”ə bildirib ki, adıçəkilən sahələrdə qiymətlərin bahalaşmasına ciddi iqtisadi əsas yoxdur: "Məlumdur ki, həmin məhsulların qiyməti axırıncı dəfə 2007-ci ildə qaldırılıb. Bundan sonra, bəzi kommunal xidmətlərlə də bağlı qiymət dəyişiklikləri baş verdi. Qiymətlərin artırılmasına və endirilməsinə Tarif Şurası baxır. Bu orqan da qərar verməzdən öncə sözügedən sahə ilə məşğul olan müvafiq qurumlardan əsaslandırma tələb edir. İndiki halda isə Azərbaycanda elektrik enerjisinin qiymətinin qaldırılmasının heç bir əsası görünmür”. Ekspert vurğulayıb ki, ölkəmizdə elekrtik enerjisi öz dəyərindən baha satılır: "Hətta son qiymət bahalaşması zamanı bəyan etmişdilər ki, müəyyən olunmuş qiymətlər maya dəyərini üstələyir. Üstəlik, bu sahə ilə əlaqədar ciddi inflyasiya prosesləri də baş verməyib. Dünya bazarında enerjinin qiymətləri artmayıb. Belə olan halda Azərbaycanda qiymətlərin bahalaşmasına heç bir əsas qalmır. Məsul qurumlar istehsal xərclərinin artdığını bəyan edirlərsə, artan xərcləri cəmiyyətə göstərməlidirlər. Qurumların özlərinin məsuliyyətsizliyi üzündən istehsal xərclərinin artması maya dəyərinə daxil edilməli deyil. İlk növbədə həmin sahələrdə şəffaflığın artırılmasına ehtiyac duyulur. Hesab edirəm ki, kommunal xərclərin qiymətində bahalaşmanın baş verib-verməməsi ilə bağlı hökumətin açıqlama verməsinə zərurət var. Son zamanlar qiymət artımı ilə bağlı yaranan narahatlıqlar məhz buradan qaynaqlanır. Hökumət məsələyə münasibətini açıqlamalıdır”.
Qiymətlərin bahalaşmasına əsas yoxdur
22:16 30.10.2013
Arxiv
653
“Kommunal xərclərin qiymətində bahalaşmanın baş verib-verməməsi ilə bağlı hökumətin açıqlama verməsinə zərurət var”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Ukrayna Moskvaya çata biləcək raket hazırlayır
KİV: Ukrayna Moskvaya çata biləcək raket hazırlayır
04:47 24.12.2024
Gündəm
Analitik: Mayoti adasında əsl genosid mühiti yaradılıb
04:27 24.12.2024
Dünya
Politoloq: 2025-ci ildə yeni sülh pəncərəsi açılacaq
03:44 24.12.2024
Dünya
"Şərq Ekspresi" yenidən fəaliyyətə başladı
03:11 24.12.2024
Cəmiyyət
Suriya özünə dönür: Türkiyə bölgəyə qan yox, sabitlik gətirəcək
02:32 24.12.2024
Dünya
Zelenski Rusiyanı Suriyadan çıxarmaq istəyir
00:58 24.12.2024
Siyasət
Ərdoğan: Suriyanın ərazi bütövlüyü Türkiyənin dəyişməz xəttidir
00:50 24.12.2024
Siyasət
Meksika Panama kanalı ilə bağlı mübahisədə Panamanı dəstəkləyib
00:41 24.12.2024
Gündəm
Xüsusi elçi Trampın Ukrayna siyasətini açıqladı
00:29 24.12.2024
Siyasət
Pakistan hakimiyyəti və müxalifəti danışıqlara başlayıb
00:21 24.12.2024
Dünya
Bakıda vəzifəli şəxsin hamamda meyidi tapıldı
00:08 24.12.2024
Hadisə
Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür
00:01 24.12.2024
Gündəm
Rostov üzərində 9 PUA vuruldu: hücum dəf edilir
23:56 23.12.2024
Hərbi
İlin ən yaxşı milli məşqçisi bəlli oldu
23:52 23.12.2024
İdman
Qrenlandiyadan Trampa: Biz satılmırıq!
23:40 23.12.2024
Gündəm
Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
23:25 23.12.2024
Siyasət
Şəkər və xərçəngin 1 nömrəli səbəbi tapıldı
23:13 23.12.2024
Sağlamlıq
Xankəndi şəhər məktəbinin müəllimi qəfil öldü
22:52 23.12.2024
Hadisə
Bu tələbələrə vahid tələbə kartı veriləcək
22:35 23.12.2024
Cəmiyyət
Rusiyada Youtube-un trafikində kəskin azalma - SƏBƏB
22:27 23.12.2024
Dünya
Bakıda uçqun baş verib, ölən var
22:17 23.12.2024
Hadisə
Almaniya Gürcüstanla milyonlarla avroluq layihələri dayandırdı
Almaniya Gürcüstanla milyonlarla avroluq layihələri dayandırdı
22:11 23.12.2024
Dünya
Səhiyyə Nazirliyində keçirilən əməliyyatda 6 nəfər saxlanıldı
22:05 23.12.2024
Cəmiyyət
Paşinyan Sarkisyan və Köçəryanı debata çağırdı
22:00 23.12.2024
Siyasət
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
21:51 23.12.2024
Hadisə