“Bu gün adi telefonla da çox maraqlı klip çəkmək mümkündü, baxan çaşqın qala bilər”
“Camaat artıq klipə deyil, təsvirə baxır”
“Çünki bu gün təsvirin daha çox izləyicisi olur”
“Bu gün adi telefonla da çox maraqlı klip çəkmək mümkündü, baxan çaşqın qala bilər”
“Bu gün adi telefonla da çox maraqlı klip çəkmək mümkündü, baxan çaşqın qala bilər”
Azərbaycan səhnəsinin tanınmışları arasında əvvəlki yaradıcılıq qısqanclığı, rəqabət hiss olunmur. Səhnə üçün iş görənlərin də sayı azalıb. Nə çatmır bu gün Azərbaycan şou-biznesində? Nəyə görə bu qədər sönük bir mühit formalaşıb? Müğənnilərin maraqlı performanslarını, layihələrini görmək mümkün deyil. Azərbaycanın tanınmış prodüserlərindən sayılan Anar Mədətovla bu suallara cavab axtarırıq:
"10 ilki şou-bizneslə bu günü müqayisə etməyə başlayıblar. Ən böyük fərq odur ki, 10 illə müqayisədə indi tanınmışlar səhnəyə gəlmir. Fikir verin. Səhnəyə gələn ancaq dedi-qodu, qalmaqal üçün gəlir. Azərbaycanın şou-biznesinin bir bədbəxtliyi də odur ki, bu aləmə gələn adam nə qədər bəzən çalışsa da, tutuzdura bilmir, onda da deyir ki, bizdə şou-biznes var? Sənət yoxdu, sənətə dəyər yoxdu, filan. Yalandı. Niyə şou-biznes yoxdu ki? Sənəti, istedadı, bacarığı və iddiası olan üçün şou-biznes var. Azərbaycanda şou-biznes inkişaf etməsəydi, konsert verən də olmaz, layihə həyata keçirən də. Sadəcə səhnəyə gələnlər şou-biznesdə görünə bilir. Soyunmaq, çılpaq olmaq, qalmaqalla gələnlərə yer yoxdu deyə onlar o səhnəyə qaxa bilmirlər. Misal var, deyir pişiyin əli ətə çatmayanda deyir, iy verir. Eyni misalı da şou aləminə gələnlərə şamil etmək olar. Gələn özünü tanıda bilməyəndə, şou dilində desək, tutuzdurmayanda, deyir şou-biznes yoxdu. Şou-biznes olmasa, bu qədər müğənnilər niyə bu sahəyə gəlib, necə dolanırlar? Var ki yaşayırlar, tanınırlar da. Şou-biznes nümayəndələri 10 il əvvəl konsert verməyə, klip çəkdirməyə can atırdılar. İndi şou-biznesdə olanlar konsert verməyə can atmırlar. İndiki qazancla da, indiki kirayə qiymətləri ilə də konsert vermək, gəlir götürmək qeyri-mümkündü. Klip niyə çəkilmir? Çünki buna tələbat yoxdu. Əvvəllər klip bazarı da monopoliya idi. 3 klipmeyker var idi, seçim əsasən onların arasında olurdu. Kliplər də onlara çəkilibsə, keyfiyyətli hesab olunurdu. Amma indi vallah elə cavan rejissorlar, klipmeykerlər var ki, çəkdikləri ilə həqiqətən sənət ortaya qoya bilərlər. Çəkdirməməyin səbəbi isə odur ki, klipə ehtiyac yoxdu. Maraq qalmayıb.
Dünya şou-biznesində ildə bir bahalı klip çəkilir. Bizimkilər isə əvvəllər az qala ayda bir klip çəkdirdilər.
Bir ara hər ay klip çəkən olurdu ki, mən iş görürəm. Bir klip çək, keyfiyyət ortaya qoy. Yoxsa klip o deyil ki, mütləq gedib bahalı villada oturasan, qarşında qədəh olsun, bahalı maşın olsun. Ya da pilləkənlərdə şam yandırmaq, qızın başına qızılgül ləçəkləri tökmək klip çəkmək demək deyil axı. Bu, klip deyil. Klipin ya tarixi olmalıdı, musiqi ilə görüntünün ahəngi olmalıdı. Bu gün adi telefonla da çox maraqlı klip çəkmək mümkündü, baxan çaşqın qala bilər. Sadəcə maraqlı təsvir göstərmək lazımdı. Çünki camaat artıq klipə deyil, təsvirə baxır. Bu gün təsvirin daha çox izləyicisi olur. Rusiya, Türkiyə şou-biznesində klip dönəmi bitdi. Bu günkü şou-biznesin nəyə ehtiyacı var? Bu gün üçün lazım olan sualdı. Şou-biznesin yaxşı mahnıya, musiqiyə ehtiyacı var. Azərbaycan şou-biznesinin bir balaca psixoloqlara da ehtiyacı var. Çünki bizim şou-biznesin psixoloji problemləri var. Bizim şou-biznesdə klan yaranmağa başlayıb. Hərənin bir qruplaşması var. Mən olan yerdə filankəs olmamalıdı. Yenə də nəticədə 5 ay sonra küsülü olanlar barışır, öpüşür. Sonra o başqası ilə düşmənçiliyə başlayırlar. Bu, xəstəlik halını alıb. Ona görə də şou-biznes əhlinin əksəriyyətinə psixoloq məsləhəti lazımdı ki, sağlam düşünməyi bacarsınlar.
Bundan sonra artıq keyfiyyətli musiqiyə ehtiyac olacaq. Ən əsas da həmin musiqiləri keyfiyyətli, peşəkar studiyalarda lentə aldırmaq vacibdi.
Evlərdə səsyazma studiyalı açıb orada mahnı yazdırman səhnəyə gəlmək üçün yetərli deyil. Nə qədər ki, səhnə musiqiləri ev şəraitində qurulan studiyalarda lentə alınır, bizim sənət dəyərsiz qalacaq. Müğənni studiyaya daxil olanda artıq mahnının ruhuna uyğunlaşmalıdır. Evlərdə qurulan yalançı studiyalarda mahnı yaratmaq olmur. Bir də toy bazarından danışırlar. Bəli, toyla səhnənin fərqi var. Amma toyda oxumaq o qədər asan deyil. Səhnədə 500 nəfər üçün oxuyursan, repertuarı da özün təyin edirsən, öncədən də buna hazırlaşırsan. Amma toyda 1000 qonaq olur, hərə bir sifariş verir. Gərək elə edəsən ki, heç kim incik qalmasın. Toyda 6 saat oxumaq o qədər asan deyil. Azərbaycan müğənnisinin gəlir yeri toydu, başqa qazancı yoxdusa, bəli, elə şou-biznesimiz də toydan başlayır. O qədər toydan danışdılar, toyları da qurutdular”.
Tahirə