"Space” televiziyasının keçmiş müxbiri, hazırda "Unibank”ın PR işlərilə məşğul olan Sulhiyyə Şirinovanın ailəsində faciə baş verib. "Qafqazinfo”nun məlumatına görə, S. Şirinovanın 28 yaşlı bibisi qızı dünyasını dəyişib. Jurnalistin "Facebook” profilində yazdığı statusdan məlum olub ki, 7 aylıq hamilə olmuş bibisi qızı xəstəxanada beyin ölümü keçirib. Onun həm də yaş yarımlıq körpəsi var imiş: "Belə ölməzlər e, ölməzlər. Bir üzü qız, bir üzü gəlin ölməzlər. Toy lentin hələ qapınızdan açılmayıb, cehizinin yarısı hələ ata evindən ər evinə gəlməyib. Yaş yarımlıq körpəni bu dünyada anasız qoyub, 7 aylıq körpəni bətnində aparmaz adam. Hər iki dünyada yetim qoymaz adam. Deyirlər nəfəsin çıxmazdan öncə ölmüş körpəni bətnindən ayırıblar. O dünyaya qucağında apardın balaca balanı, elə məzara da eləcə qoyublar sizi- körpə mələyinlə birgə”.
Allah rəhmət eləsin!