Sürücülərin nəzərinə: Bu yolda təmir gedir




Hazırda Abbasqulu Ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsilə kəsişməsində (Türkiyə səfirliyi istiqamətində) "Azərsu” ASC tərəfindən aparılan təmir işləri ilə əlaqədar olaraq, yolun 2 hərəkət zolağında avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən ( BNA) Sherg.az-a verilən məlumata görə, aparılan təmir işləri nəticəsində yarana biləcək nəqliyyat sıxlığını nəzərə alaraq, sürücülərin alternativ olaraq Həsən Əliyev küçəsi və ya Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.