Türkiyədə partlayış törədilib, ölən və yaralananlar var





Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib.
APA-nın "Anadolu” agentliynə istinadən verdiyi xəbərə görə, vilayətin Viranşehir rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib. Polis qüvvələri ərazini nəzarətə götürüb.