Tramp müdafiə xərclərini 54 milyard dollar artıracaq





ABŞ-ın yeni büdcəsinin tərtibində prezident Donald Tramp müdafiə xərclərini 54 milyard dollar artıracaq. APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib. 
"Biz az xərcləyərək daha çox iş görmək niyyətindəyik, biz bu ölkəni möhkəmləndirəcəyik”, deyə D.Tramp bildirib.
O, həmçinin ABŞ-da infrastrukturun müasirləşdirilməsi istiqamətində xərcləri artırmaq, prioriteti az olan layihələrə isə maliyyə vəsaitlərini azaltmaq barədə vəd verib.