PSJ və Fransa millisinin sabiq məşqçisi Jan-Lui Qasse vəfat edib.
Teleqraf xəbər verir ki, fransalı məşqçi 72 yaşında qəfildən dünyasını dəyişib.
Jan-Lui “Monpelye” klubunun yaradıcılarından biri olan Bernar Qassenin oğludur. O, futbolçu karyerasının demək olar ki, tamamını məhz bu klubda keçirib, daha sonra isə məşqçilik fəaliyyətinə də burada başlayıb.
“Monpelye” Jan-Lui Qasse üçün son komanda olub — o, kluba 2024-cü ilin oktyabrından 2025-ci ilin aprelinə qədər rəhbərlik edib.
Məşqçilik karyerası ərzində Qasse Loran Blanın köməkçisi kimi “Bordo”da, Fransa milli komandasında və PSJ-də çalışıb. Baş məşqçi qismində isə “Sent-Etyen”, “Bordo”, “Marsel”, Kot-d’İvuar milli komandası və digər klublarda fəaliyyət göstərib.