Ceyhun Bayramov: Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri qərəzlidir

"Avropa Parlamentinin Azərbaycanı hədəfləyən qətnamələri ilə rastlaşmışıq. Münasibətlər barədə danışarkən müxtəlif təsisatların mövcud olduğunu qeyd etmək lazımdır".

Sherg.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, 2025-ci ildə Avropa İttifaqının bir sıra təsisatları maraqlı və xoşniyyətli addımlar artıb:

“Əgər onlar qarşılıqlı əməkdaşlıqda durğunluq yaradırsa, bizim edəcəyimiz bir şey yoxdur. Açıq maraq olduğu təqdirdə isə əməkdaşlığı davam etdirəcəyik. Azərbaycanla əməkdaşlıqda Avropa İttifaqının marağı var, lakin Avropa Parlamentinin fəaliyyəti əsassız hesab olunur. Onların yanaşmalarında qərəz aydın şəkildə sezilir”.