Metroda sərnişinlərdən bel çantalarını əldə tutmaları xahiş olunur




Moskva metrosunda sərnişinlərdən bel çantalarını əldə tutmaları xahiş olunur.
"Report" NSN-ə istinadən xəbər verir ki, metropoliten rəhbərliyi bunu çantaların beldə olarkən digər sərnişinlər üçün narahatlıq yaratması ilə izah edib.
Elementar davranış qaydalarına riayət etməklə bağlı çağırışlar artıq metroda səsləndirilməyə başlanıb.