"28 Maya görə yaman narahatam" - Deputat
14:02 23.03.2017
Arxiv
3131
"Baharin gəlişini qutlama günlərini yavaş-yavaş arxada qoyuruq. İndi dostlardan xahiş edirəm, özüm xaricdəyəm deyə dəqiq bilgim yoxdur, bilgiləri varsa söyləsinlər, yazsınlar, Azərbaycanda hansısa bir şəxsin bu bayramın təsiri ilə atəşpərəst, yəni atəşə sitayiş edən insana çevrildiyini eşidən, bilən varmı? Prinsipcə, bu insanlar odun üzərindən atlanmışdılarsa, bundan sonra üzlərini Suraxanıdakı Atəşgaha tutub ibadətlə məşğul olmalı idilər. Varsa mütləq yazın ki, maarifləndirici tədbirləri öncədən görə bilək. Hələ məni düşündürən başqa bir vacib məsələ var. Qarşıdan 28 May günü gəlir, Azərbaycanın dövlət müstəqilliyi günü".
Sherg.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa bildirib. Onun sözlərinə görə,müsəlmanların müqəddəs kitabında həqiqətən də cəmi iki bayramdan söz açılır:Qurban Bayramı və Ramazan Bayramı:
"İndi Bahar qutlamalarını başa düşdük, yumurtanın Allahın yaratdığı rəngdən başqa rəngə boyanması, odun üzərindən tullanılması zamanı insanın qəlbində yaranan atəşpərəstlik inancı, başqasının qapısına papaq atıb xəcalətli duruma salmaq kimi bidətlər, haramlar anlaşıldı, axı Müstəqillik Bayramımızın adından da Kitabımızda və hədislərdə bəhs edilmirsə, o zaman qeyd etməyimiz harama girər, yoxsa bidət sayılar? Çox güman ki, özlərinə möminlik sertifikatı əldə etmiş qardaşlar fətvanı belə verəcəklər: səssiz-küysüz qeyd etmək olar, qadınların sevinməsi qəti olaraq yasaqdır, habelə dövlətimizin qurucusu Məhəmmədəmin Rəsulzadənin şəkillərini qaldırmaq şirkdir, şəklin özü isə ümumiyyətlə haram sayılır. Üstəlik Azərbaycanın üçrəngli dövlət bayrağını qaldırmaq da İslam ümmətinə müxalif olmaq deməkdir.
Mən qətiyyən məsələni şişirtmirəm, inanın ki, hətta kiminsə inancına, geyiminə, yaşam tərzinə qarışmağa tərbiyədənkənar davranış baxıram, sadəcə bu son yazılarımda, şərhlərimdə din adı altında dünyəvi həyata, yaşama bu cür əllaməçiliklə müdaxilələrin fəsadları barədə cəmiyyətimizi aydınlatmaq istəyirəm. Azərbaycanda tanıdığım minlərlə öz vətəninə, torpağına, millətinə və insanlığa bağlı dindar qardaş-bacılarımız var, bunlar xeyirli əməlləri ilə cəmiyyətə nümunə olmaq üçün yarışırlar, başqalarının düşüncəsinə və inanclarına müdaxilə etməzlər, Peyğəmbərimizin (S,Ə.S.) məsələyə yanaşdığı kimi yanaşaraq Qurandakı Allah kəlamını insanlara doğru-dürüst çatdırarlar, özlərini yalnız doğru dini təbliğ edən kimi apararlar və halal-haramlar barədə hökm vermə yetkisinin də Allahda olduğunu qəbul edərlər. Onlar sabah Qarabağ uğrunda savaşda da Vətən üçün şəhid olmağa hazır insanlardır, heç vaxt öz Vətənlərinin problemlərini qoyub gedib Suriyada, İraqda saxta cihad çağırışı edənlərin qurbanına çevrilməzlər. İndidən 28 Maya görə yaman narahatam. Qeyd etsək görəsən günaha girərikmi? Allah bütün günahlarımızı bağışlasın!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət