Mübarək evinə döndü, məhəlləsində partlayış oldu: Ölü və yaralılar var





2011-ci ildə iqtidardan kənarlaşdırılan Misirin sabiq prezidenti Hüsnü Mübarək Qahirənin Maadi rayonunda yerləşən hərbi hospitaldan çıxaraq, 6 illik həbsdən sonra evinə qayıdıb.
Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, beynəlxalq xəbər agentlikləri, Mübarəkin çıxarılmasını SON DƏQİQƏ xəbəri olaraq gündəm ediblər.

Edamla mühakimə olunub, 30 il həbs cəzası alan Mübarək, çevrilişlə hakimiyyətə gələn general Abdulfettah Sisi tərəfindən sərbəst buraxılaraq Ərəb Baharından sonra evinə dönən ilk lider oldu.

Qahirənin şəhərətrafı məhəlləsi Maadidə hərbi xəstəxanada olan Mübarək Heliopolisdəki evinə göndərilib.

Ölü və yaralılar var

Mübarəkin çıxarıldığı dəqiqələrdə eyni məhəllədə bir partlayış olub. Polis qaynaqları hadisədə bir nəfərin öldüyünü və üç nəfərin də yaralandığını bildirir. Hələ terroru heç bir təşkilat boynuna götürməyib.