Qusara gəlin köçən amerikalı xanım rəqsi ilə heyrətləndirdi - video




Sosial şəbəkələrdə toy görüntüləri yayılan Qusar sakini Vaqif adlı şəxsin amerikalı xanım Cessika ilə evlənməsi hər kəsin marağına səbəb olub.

Axşam.az-ın məlumatına görə, Qusara gəlin köçən amerikalı xanımın toyda azərbaycan rəqsini ustalıqla rəqs etməsi hamını təəccübləndirib.

Belə ki, azərbaycanlı xanımların bəzən oynamağa çətinlik çəkdiyi rəqsi əcnəbi gəlin böyük məharətlə rəqs edib.

Qeyd edək ki, cütlüyün qız toyu ABŞ-da, oğlan toyu Qusarda keçirilib.