Elnarə Abdullayeva "Leyli oldu"!





Əməkdar artist Elnarə Abdullayeva bu dəfə Opera ve Balet Teatrının qapısını pərəstişkarlarının üzünə acdı. Bayram günlərində "Üzü gülsün Anaların" adlı solo konsertdə xanəndə təsnifləri, xalq mahnıları və muğamlara üstünlük verildi. 

Sherg.az xəbər verir ki, konsertin ən maraqlı məqamlardan biri Elnarə xanımın Opera və Balet Teatrının səhnəsinde Leyli və Məcnun operasından bir hissə təqdim etdi. Məcnun partiyasını gənc xanəndə Mirələm Mirələmov oynadı. Konsertdə ana muğamının ifası ise xüsusi coşqu ve alqişla qarşılandı. İki gün davam eden konsert alqışlarla bitdi"

Tahirə