Xaçmazda yanğın - xəsarət alan var




Xaçmaz rayonu, Əhmədoba kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 252 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Lent.az-ın Fövqəladə Hallah Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.