Nazir boyaçının ayaqqabılarını təmizlədi





Türkiyənin İnkişaf naziri Lütfü Elvan, Mersində iş adamları ilə görüşü zamanı biznesmenləri ziyarət edərək xeyirli işlər dilədi.

Küçədəki vətəndaşlarla söhbət edərək problemlərini soruşan Elvan, uşaqlara hədiyyə dağıtdı.
Nazir Elvan, gəzintisi zamanı rast gəldiyi 13 illik ayaqqabı boyaçısı 61 yaşlı Salim Tokatla bir müddət söhbət etdi.
Boyaçının yerində oturan Elvan, əlinə aldığı fırçayla boyaçının ayaqqabılarını təmizlədi.
Salim Tokat, jurnalistlərə verdiyi açıqlamada İnkişaf naziri Elvanı qarşısında görüncə çaşdığını söylədi.
Ailəsini dolandırmaq üçün 13 ildir bu işlə məşğul olduğunu qeyd edən Salim , "Nazir ayaqqabımı fırçaladı, həmyerli olduğumuzu söylədi. Vallah çox xoşuma gəldi" dedi.
Salim, yaşadıqlarını yaxın ətrafına və həyat yoldaşına söyləyəcəyini bildirib.