"Rusiya Minsk qrupunun mövqeyini zəiflətmək istəyir"





"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatları ATƏT-in Minsk qrupunu iflic vəziyyətinə salmaq məqsədi güdür”.

Bunu Sherg.az-ın "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini tamamilə öz üzərinə götürsə, irəliləyişə nail olmaq mümkündürmü?” sualını cavablandırarkən millət vəkili Asim Mollazadə deyib:

"Rusiya münaqişənin həllində maraqlı olsaydı, indiyə qədər həll etmişdi. Bu dövlət sadəcə beynəlxalq qurumların, xüsusilə ATƏT-in Minsk qrupunun mövqeyini zəiflətmək istəyir. Rusiya münaqişənin həllini öz monopoliyasına götürsə, heç bir irəliləyiş baş verməyəcək”.

Aysel Aslan