Məşhur kosmonavt öldü




Məşhur rusiyalı kosmonavt Georgi Qreçko vəfat edib. 

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, 1931-ci ildə Sankt Peterburqda anadan olan Qreçka uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. İlk dəfə 1975-ci ildə "Sayuz 17" kosmik gəmisi ilə kosmosa çıxan Qreçko 3 səfər ərzində ümumulikdə 135 gün orada qalıb. O, bu göstərici ilə zamanın rekorduna imza atıb.