Türkiyədə hava şarı partladı: fransalı diplomat öldü




Bu gün Türkiyədə hava şarının partlaması nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.

 Lent.az "Hürriyet”ə istinadən xəbər verir ki, Kapadokyada hava şarının elektrik naqilinə dəydikdən sonra yerə çırpılması nəticəsində ölən şəxsin Fransanın İstanbuldakı baş konsulunun müavini Vinsent Kavmantat olduğu məlum olub.

Qeyd edək ki, məlum hadisə nəticəsində daha 20 nəfər yaralanıb.
xxxx

10:19
Türkiyənin məşhur turizm bölgələrindən olan tarixi Kapadokya ərazisində bədbəxt hadisə baş verib. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Nevşehir vilayətində yerləşən turizm zonasından qalxan hava balonu Ortahisar qəsəbəsi yaxınlığında yüksək gərginlikli elektrik naqillərinə toxunub. Nəticədə hava balonu partlayıb və yerə doğru sürətlə enməyə başlayıb. Balonun yerə çırpılması nəticəsində turistlərdən biri hadisə yerində ölüb. Daha 20 turist isə xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır.

Araşdırma aparılır.