Rusiyanın "Transneft” şirkətinin rəsmisi İqor Dyomin Azərbaycanla sərhəddə kəmərin bağlanması barədə məlumat verib. Bu o deməkdir ki, 2014-cü ildə Azərbaycan nefti Rusiya ərazisindən nəql edilməyəcək. Qeyd edək ki, bu ilin may ayında Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli sazişinə xitam verilib. Səbəb isə Moskvanın iqtisadi itkilərə məruz qalmasıdır. ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan neftinin Rusiya ərazisi ilə tranzit nəqlinin 2013-cü ilin sonunadək davam edəcəyini desə də, tərəflər nəql tariflərini razılaşdıra bilməyiblər. Daha dəqiq desək, rəsmi Bakı təklif olunan tarifləri qəbul etməyib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, Azərbaycan Rusiya tərəfinin təklif etdiyi qiymətlərlə razılaşa bilməzdi: "Təbii ki, bundan sonra Azərbaycanı razılığa gətirmək qeyri-mümkündür. Ona görə də yanvarın 1-dən neftin ixracı dayandırılacaq”. Məsələnin iki ölkə arasında hansısa siyasi və iqtisadi problemlər yaradıb-yaratmayacağına gəlincə isə iqtisadçı-ekspert ciddi fikir ayrılığının olmayacağını bildirib. İ.Şabanın sözlərinə görə, nə "Transneft”, nə də Azərbaycan Dövlət Neft Şirkəti ixracın dayandırılmasından heç nə itirməyəcək: "Onsuz da bu kəmərlə Azərbaycandan əsasən, əməliyyat şirkətlərinin məhsulu ixrac olunurdu. Bundan sonra isə ixrac prosesi dəmir yolu vasitəsilə həyata keçiriləcək. Düzdür, dəmir yolu ilə nəql Bakı-Novorossiyski kəməri ilə nəqldən təxminən 10-15 faiz baha başa gələcək. Amma o da nəzərə alınmalıdır ki, bu kəmərlə ixrac zamanı əməliyyat şirkətləri təxminən elə 10-15 faiz itkiyə məruz qalırdı. Yəni, ümumilikdə götürəndə daşınma əməliyyat şirkətlərinə eyni qiymətə başa gələcək”. Ekspert qeyd edib ki, bundan sonra onların nefti ARDNŞ-nin Gürcüstandakı Kulevi terminalına yönəldilə bilər: "Bunun nəticəsində həm dəmiryolçular, həm də SOCAR əlavə qazanc götürər”. İ.Şaban neft sahibi olan şirkətlərin də prosesdə maraqlı olacaqlarını istisna etməyib: "Rusiya üzərindən ixrac zamanı onların nefti daha çox kükürd qarışığı olan Qərbi Sibir nefti ilə qarışdığından xammal daha ucuz satılırdı. İndi isə daha baha neft satmaqla neftin dəmir yolu ilə daşınması xərclərini kompensasiya etmək imkanı qazanacaqlar”.
İtki olmayacaq
23:01 27.11.2013
Arxiv
341
Yanvarın 1-dən neftin Rusiya ilə ixracı dayandırılacaq
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
20:39 25.12.2024
Son dəqiqə
Mövzu var: Hakan Fidan Yaşar Gülərlə görüşüb
20:39 25.12.2024
Son dəqiqə
İsrail Qəzzada atəşkəs üçün yeni şərtlər irəli sürür
20:23 25.12.2024
Siyasət
Qəzaya uğrayan təyyarənin texniki yoxlanışı nə vaxt olub?
20:16 25.12.2024
Gündəm
AZAL: Baş prokurorun müavini Qazaxıstanda hadisə yerindədir
19:55 25.12.2024
Gündəm
Bəşər Əsədin həyat yoldaşında xərçəng aşkarlandı
19:49 25.12.2024
Dünya
Dəniz çəkildi: Sonuncu dəfə 1976-cı ildə olub
19:47 25.12.2024
Hadisə
“Qalatasaray” gürcü hücumçuya 17 milyon verməyə hazırdır
19:43 25.12.2024
İdman
Əfqanıstan və Pakistan arasında hərbi münaqişə olmayacaq - RƏY
19:38 25.12.2024
Siyasət
Aktauda qəza olan ərazidə əməliyyat-istintaq tədbirləri davam edir
19:37 25.12.2024
Hadisə
Zaxarova: Qarabağda Azərbaycan bayrağı dalğalanır
19:31 25.12.2024
Siyasət
Azərbaycan xalqının yanındayıq - Kobaxidze
19:24 25.12.2024
Gündəm
Azər Zahid barəsində həbs qərarı verildi
19:18 25.12.2024
Hadisə
Təyyarə qəzası məni çox kədərləndirdi - Budris
19:05 25.12.2024
Gündəm
Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub
18:59 25.12.2024
Siyasət
İstanbulda şagirdləri daşıyan avtobus aşıb, 10 nəfər xəsarət alıb
18:55 25.12.2024
Dünya
Səudiyyə Ərəbistanı XİN Azərbaycana başsağlığı verib
18:51 25.12.2024
Siyasət
Təyyarədə 2 çeçen uşaq olub, birinin taleyi məlum deyil
18:40 25.12.2024
Gündəm