Sabiq millət vəkili Zahid Qaralovun mətbuata son müsahibəsi qalmaqala səbəb olub. Belə ki, Z.Qaralov "publika.az”a müsahibəsində deyib ki, Heydər Əliyevi də Naxçıvana buraxmırdılar, onunla bütün əlaqələrimizi kəsmişdilər: "Ziyad Səmədzadənin o vaxt yüksək vəzifəsi var idi, indi də bu adam Milli Məclisdə komitə sədridir. Z.Səmədzadə o dövrdə onlara yalandan demişdi ki, Heydər Əliyev kabinetində yoxdur, telefonlar da işləmir. Amma biz sonradan Heydər Əliyevlə görüşəndə dedi ki, mən səhərədək öz kabinetimdə oturmuşam və telefonlar da işləyirdi. Bu adam o dövrdə bizi və Heydər Əliyevi aldadıb”. Buna cavab olaraq Milli Məclisin deputatı Ziyad Səmədzadə Z.Qaralovun dediklərinin əsassız olduğunu bildirib və adıçəkilən şəxsin ona qarşı hücumlarının arxasında başqa məqamların dayandığını qeyd edib: " 2005-ci ilin parlamentin seçkilərində Səbail rayonundan namizədliyimi vermişdim, o zaman da heç bir vəzifəm yoxuydu, sadəcə, ictimai əsaslarla fəaliyyət göstərən Müstəqil İqtisadçılar Birliyinə sədrlik edir, həmçinin mətbuatda iqtisadiyyatla bağlı elmi yazılar, məqalələrlə çıxış edirdim. O zaman mənimlə həmin dairədən namizədliyini verənlər arasında Zahid Qaralov da vardı, hansı ki, həmin vaxt o, həm Milli Məclisdə komitə sədri vəzifəsini tuturdu, həm də YAP-ın Səbail rayon təşkilatının sədri vəzifəsində çalışırdı. Ancaq əlində bu qədər resurslar olmasına baxmayaraq, Zahid Qaralov o zaman seçkilərdə məğlubiyyətə uğradı, yenidən deputat seçilə bilmədi. Heç bir vəzifəm və resursum olmaya-olmaya Zahid Qaralov böyük fərqlə mənə uduzdu. İndi belə görünür ki, bu adam ahıl yaşında hələ də həmin məğlubiyyətini həzm edə, uduzmağını mənə bağışlaya bilmir. O, birdəfəlik qəbul etməlidir ki, o zaman seçkilərdə böyük fərqlə mənə uduzub və bu məğlubiyyətinin kökündə də insanların ona növbəti dəfə etimad göstərməməsi dayanır. Əslində məğlubiyyətinin özü də nəticə çıxarmaq üçün bir vasitəsidir, amma görünür, bu adam hələ də düzgün nəticə çıxara, məğlubiyyəti ilə barışa bilmir”. Z.Qaralov Modern.az-a açıqlamasında deyib ki, Ziyad Səmədzadənin dediklərini çözmək fikri yoxdur: "Mən sözümü demişəm, o da öz sözünü deyib. Bununla da məsələ bitib. Kim nə istəyir yazsın, məndən ötrü, bu məsələ qapanıb. Onun özü də, mən də tarixi bilirəm. Bizdən başqa digərləri də bilir. Məsələni qabartmağa ehtiyac yoxdur”.
“Bu məsələ qapanıb”
23:07 27.11.2013
Arxiv
406
Zahid Qaralov Ziyad Səmədzadə ilə davadan geri çəkildi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mövzu var: Hakan Fidan Yaşar Gülərlə görüşüb
20:39 25.12.2024
Son dəqiqə
İsrail Qəzzada atəşkəs üçün yeni şərtlər irəli sürür
20:23 25.12.2024
Siyasət
Qəzaya uğrayan təyyarənin texniki yoxlanışı nə vaxt olub?
20:16 25.12.2024
Gündəm
AZAL: Baş prokurorun müavini Qazaxıstanda hadisə yerindədir
19:55 25.12.2024
Gündəm
Bəşər Əsədin həyat yoldaşında xərçəng aşkarlandı
19:49 25.12.2024
Dünya
Dəniz çəkildi: Sonuncu dəfə 1976-cı ildə olub
19:47 25.12.2024
Hadisə
“Qalatasaray” gürcü hücumçuya 17 milyon verməyə hazırdır
19:43 25.12.2024
İdman
Əfqanıstan və Pakistan arasında hərbi münaqişə olmayacaq - RƏY
19:38 25.12.2024
Siyasət
Aktauda qəza olan ərazidə əməliyyat-istintaq tədbirləri davam edir
19:37 25.12.2024
Hadisə
Zaxarova: Qarabağda Azərbaycan bayrağı dalğalanır
19:31 25.12.2024
Siyasət
Azərbaycan xalqının yanındayıq - Kobaxidze
19:24 25.12.2024
Gündəm
Azər Zahid barəsində həbs qərarı verildi
19:18 25.12.2024
Hadisə
Təyyarə qəzası məni çox kədərləndirdi - Budris
19:05 25.12.2024
Gündəm
Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub
18:59 25.12.2024
Siyasət
İstanbulda şagirdləri daşıyan avtobus aşıb, 10 nəfər xəsarət alıb
18:55 25.12.2024
Dünya
Səudiyyə Ərəbistanı XİN Azərbaycana başsağlığı verib
18:51 25.12.2024
Siyasət
Təyyarədə 2 çeçen uşaq olub, birinin taleyi məlum deyil
18:40 25.12.2024
Gündəm