Mehriban Əliyeva tanınmış diktoru müalicəyə göndərir

Bu barədə Rafiq Hüseynovun özü məlumat verib

Heydər Əliyev Fondu tanınmış diktor Rafiq Hüseynovun Almaniyada müalicəsini üzərinə götürüb. Bu barədə Haqqın.az-a Rafiq Hüseynovun özü məlumat verib. Qeyd edək ki, tibbi müayinə zamanı Rafiq Hüseynovun ağciyərində şiş aşkarlanıb. Tanınmış diktor Almaniyada müalicə olunmaq istədiyini bildirsə də, belə bahalı müalicəyə imkanının çatmadığını bildirmişdi. Rafiq Hüseynovun dostları yardım xahişi ilə Heydər Əliyev Fonduna müraciət ediblər və müraciətə müsbət cavab verilib. Yaxın vaxtlarda diktor Almaniyaya yola düşəcək.