İvanişvili internetdən çıxdı

Sabiq baş nazir Facebook-dakı profilini də bağlayıb

Bu yaxınlarda siyasətdən gedən Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili Facebook sosial şəbəkəsindəki profilini də bağlayıb. Gürcüstan mətbuatı bildirir ki, 2011-ci ilin noyabr ayında yaradılan Bidzina Ivanişvili Official səhifəsində bağlanana qədər 315 min bəyənmə sayı var idi. Hazırda sabiq baş nazirin İnternet məkanında rəsmi saytı da yoxdur. Youtube video servisindəki kanalı da bağlanıb.