3 sayta xəbərdarlıq olundu
20:30 21.10.2016
Arxiv
608
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası iclasını keçirib
Dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası iclasını keçirib. Gündəliyə müzakirələrdən sonra 7 məsələ daxil edilib.
Öncə «Hürriyyət» qəzetinin müraciətinə baxılıb. Şikayətdə göstərilib ki, qəzetin əmtəə nişanı rəsmi dövlət qeydiyyatına alınmasına baxmayaraq, ölkədə «hurriyet.az» və «hurriyyet.info» adları altında saytlar fəaliyyət göstərməkdədir. Bu isə mətbu nəşrin və redaksiyanın nüfuzunu zərbə vurmaqdadır. Komissiya cavabdeh tərəfi də dinləyərək belə rəyə gəlib ki, ümumiyyətlə tanınmış KİV-lərin adlarının təkrarı olan onlayn media vasitələrinin təsisi haqlı narazılığa səbəb olur. Buna görə də hər iki sayta adlarını dəyişdirmək tövsiyə edilib.
Komissiya praktikada belə hallar barədə Mətbuat Şurasına müraciətlərin mövcudluğunu nəzərə alaraq MŞ-də domen satışı ilə məşqul olan şirkətlərin iştirakı ilə tədbir keçirilməsini məqsədə müvafiq hesab edib.
İclasda 3 sayta xəbərdarlıq olunması barədə rəy çıxarılıb. Bunlar «azerinfo.org», «siam.az» və «24 saat.org»dur. Komissiya bu zaman hər 3 saytın Nərimanov Rayon İcra Hakimiyyəti barədə təqdim etdiyi materiallarda etik prinsiplərin bir sıra tələblərinin pozulduğunu, qarşı tərəfin fikirlərinə yer verilmədiyini əsas götürüb.
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının şikayətini doğuran yazılar «Bizim dövr» qəzetinin elektron versiyasından və «dia.az» saytından götürüldüyü üçün, komissiya bu qurumdan MŞ-yə ünvanlanan müraciəti həllini tapmış hesab edib.
İclasda vurğulanıb ki, son vaxtlar bank kredit sektoruna aid bir sıra qurumlar barədə saytlarda total şəkildə məlumatlar yayımlanmaqdadır. Həmin materiallarda etik prinsiplərin tələblərinin gözlənilməməsi haqlı narazılıqlar yaradır. Azərbaycan Banklar Assosiasiyasının 19,Yapı Kredi Bankın 20 sayt barədə şikayəti buna misal göstərilib. Komissiya hər iki quruma məsələnin hüquqi müstəvidə həllini tövsiyə edib. Həmçinin assosiasiyaya sahədən yazan jurnalistlərin peşakarlığının artırılması məqsədi ilə təlimlər keçirməsi tövsiyə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət