Kiyevdə etirazlar yenidən alovlanıb

Maydana toplaşan aksiyaçıları Avropa Birliyi ölkələrindən yardım istəyib

Dünya ATƏT-in xarici işlər nazirlərinin görüşündən sonra Ukraynada etirazlar yenidən alovlanıb. Meydana toplaşan aksiya iştirakçıları Avropa Birliyi ölkələrindən yardım istəyib. Adətən axşam saatlarında aksiya iştirakaçıları çox olsalar da, bu gün səhər saatlarından izdihama Ukraynanın müxtəlif şəhərlərindən yığışanlar var. Aksiya iştirakçılarının əsas tələbləri ATƏT-in xarici işlər nazirlərinin görüşündən sonra onların problemlərinə səs verilməsini, siyasi məhbusların hələ də həbsxanadan azad olunmasını istəyirlər. Polislə etirazçılar arasında hər hansı insident qeydə alınmayıb. Çünki hüquq mühafizə orqanları daha çox nazirlik və digər dövlət əhəmiyyətli obyektlərin qorunmasını həyata keçirirlər ki, etiraz aksiyaları keçirən insanlar bu binalara hücum etməsinlər və onları mühasirəyə alıb dövlətin işini iflic etməsinlər.