XİN başçıları Qarabağla bağlı razılığa gəldilər

Məmmədyarovla Davudoğlu gələcək addımları müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün Kiyevdə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. Türkiyə mətbuatının məlumatına görə nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı atılacaq gələcək addımların regionda sülhə və sabitliyin bərpasına yardımçı olacağını qeyd ediblər.
Davudoğlu ilə Məmmədyarov gələcəkdə də Türkiyə ilə Azərbaycanın qarşılıqlı əlaqələrinin tez-tez olması haqda razılığa gəliblər. Qeyd edək ki, bundan əvvəl Davudoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşündə Cənubi Qafqazda sülhə nail olunması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.