"Facebook" cərimələndi- 150 000 avro





Fransanın İnsan Azadlığı və İnformasiya üzrə Milli Komissiyası Feysbuk sosial şəbəkəsini 150 min avro dəyərində cərimələyib. 

Sherg.az "Lemonde.fr"ə istinadən bildirir ki, buna adıçəkilən sosial şəbəkənin reklam əldə etmək naminə istifadəçilərin şəxsi həyatı ilə bağlı məlumatlar yayması səbəb olub. 

Xəbərdə o da deyilir ki, Feysbukun bu addımı Fransanın informatika və insan azadlığına dair qanununun kobud şəkildə pozulmasıdır. Məhz bu baxımdan adıçəkilən komissiya feysbuku 150 min avro cərimələyib.  
Ayyət Əhməd