10 il müddətinə... Uşaq bağçaları vergidən azad edildi





Milli Məclisin bugünkü sessiyasında körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında qanun layihəsi qəbul edilib.
Lent.az-ın məlumatına görə, layihəyə əsasən qeyd olunan qurumlar gələn il yanvarın 1-dən etibarən 10 il müddətinə vergi ödəməkdən azad edilirlər.
Layihə barədə çıxış edən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu qanun özəl sektorun yeni bağçalar açmasını stimullaşdıracaq. Deputat bildirib ki, hazırda ölkədə uşaq bağçalarının 40 faizi özəl sektorun payına düşür. Layihənin qəbulundan sonra isə bu rəqəm daha da artacaq.