Dünya ulduzu 6.5 milyon avro tələb edir
"Beşiktaş" rəhbərliyi ilə Ronaldinyonun meneceri və eyni zamanda böyük qardaşı olan Roberto Assis arasında dünən axşam baş tutan görüşlərdən bir nəticə çıxmadı.
"Qara-qartal" ikinci sponsoru tapa bilmədiyi üçün Ronaldinyonun transfer qiymətini 4.5 milyon avroqa qədər aşağı saldı. Buna qarşı isə bir az əvvəl istədiyi 8.5 milyon avrodan 6.5 milyon avroya qədər enən Roberto, bu rəqəmi qətiliklə qəbul etməyəcəyini bildirdi. Braziliyadan buna yaxın təkliflərin zatən olduğunu söyləyən Roberto Assis, bu gün aparılacaq danışıqlarda əgər "Beşiktaş" 4.5 milyon avro israrını davam etdirərsə, görüşmələrə son veriləcəyini ifadə etdi.
"Beşiktaş", axşama qədər Ronaldinyonun pulunu qarşılayacaq ikinci bir sponsor tapa bilməzsə bu transfer gerçəkləşməycək.