Səfirlik binasını partlatdılar, səfir öldü



 

Dünən iş otağında baş verən partlayış nəticəsində aldığı xəsarətlərlə Praqadakı hərbi hospitala yerləşdirilən Fələsin Dövlətinin Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Camal Muhəmmad Camal vəfat edib.
Rusiya mediasının yaydığı xəbərə görə, 56 yaşlı diplomatın ölümü ilə nəticələnən partlayışın səbəbi hələlik məlum deyil.
Fələstinin Xarici İşlər Nazirliyindən bildirilib ki, yanvarın 1-i günorta saatlarında Praqanın Beynəlmiləl küçəsində yerləşən Fələstin Dövlətinin Çexiyadakı səfirliyinin binasında partlayış baş verib. Hadisə nəticəsində səfir və onun oğlu xəsarət alıb.
XİN-dən bildirilib ki, hadisə səfirin seyfi açdığı zaman baş verib. Hadisə ilə bağlı təhqiqat aparılır.