Türkiyə generallarından gözlənilməz addım

Hərbçilərin mütləq əksəriyyəti azadlığa çıxa bilər




Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı gözlənilməz səviyyədə kritik addım atıb.
Türkiyənin "Milliyət” qəzetinə istinadən verdiyi məlumatına görə, Baş Qərargahın adından Ankara Baş Prokurorluğuna ittiham ərizəsi göndərilib. Baş Qərargahın bu müraciətində Balyoz və Ergenekon da daxil olmaqla, Türkiyə Silahlı Qüvvələri mənsublarının mühakimə olunduğu bütün məhkəmə proseslərinə etiraz edilir. Və həmin məhkəmə proseslərinə qarşı hüquqi iddia irəli sürülür.

Bəzi yerli müşahidəçilər Baş Qərargahın bu müraciəti qəbul ediləcəyi təqdirdə, hərbçilərin mühakimə edildiyi bütün məhkəmə proseslərinin dayandırıla və işlərin yenidən ibtidai istintaqa qaytarıla biləcəyini düşünürlər. Onların fikrincə, bütün bunlar hətta son nəticədə mühakimə edilməkdə olan hərbçilərin mütləq əksəriyyətinin azadlığa çıxmasıyla yekunlaşa bilər.