Tarif Şurası bir qiymət qoyur, APTEKLƏR İSƏ BAŞQA...




"Dərman qiymətləri Tarif Şurasının sistemində diqqətdə saxlanılır. Apteklər qiymətləri dəyişə bilməz, konkret qiymətlərə satmalıdır”.

Bunu Sherg.az-a 200-ə yaxın dərmanın qiymətlərinin təsdiqlənməsinə münasibət bildirərkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim-filosof Şəmsiyyə Namazlı deyib. 

O bildirib ki, dərmanların qiymətləri apteklərdə qoyulduğu kimi satılır:

"Ötən il noyabr ayında dərmanların bahalaşması haqqında müzakirələr aparılırdı. O zaman açıqlama verildi ki, dolların kursuna görə, qiymətlər tənzimlənəcək. Dəyişiklik olacaq.

Konkret olaraq Tarif Şurasının qiymətlərinə uyğun, məsələn, dərman 13 manatdırsa, bütün apteklərə bu qiymətə də satmalıdır. Apteklər də çox ehtiyat edirlər, dəfələrlə mən də müşahidə etmişəm. Apteklər müştərilər üçün siyahıda göstərirlər ki, filan dərman filan qiymətə satılmalıdır. Amma dolların dəyişməsindən sonra bu bir qədər sual altında ola bilər. Doğrudur, bəzi dərmanlar var qiymətlərində fərq olur, hər aptekdə bir qiymətə satılır. Xüsusilə, də hansılar ki, depo funksiyasını yerinə yetirən apteklərdə digərlərinə nisbətən daha ucuz satılır. Amma yenə də Tarif Şurasının sisteminə düşən qiymətlər əsas götürülür”.

Aysel Aslan