DİQQƏT: Övladlarınızı evlərdəki Quran kurslarına göndərməyin !




"Bu gün valideynlər bilmədən övladlarını Quran dərsləri alması üçün müxtəlif şəxslərin yanına göndərir”.

Bunu Sherg.az-a evlərdə Quran dərsləri verməklə məşğul olan şəxslər haqqında danışarkən ilahiyyatçı Elşad Miri deyib. 

Onun sözlərinə görə, uşaqların elə şəkildə beyinləri yeyilir ki, onlar valideynlərin deyil, həmin şəxslərin fikirlərinə daha çox qulaq asırlar:

"Evdə Quran dərsləri verən şəxsin xoş niyyəti və məqsədi varsa, niyə bunu rəsmiləşdirməsin? Dini icma kimi və ya başqa formada qeydiyyatdan keçib bu gözəl işini orada davam etdirə bilməsin? Belə işin həyata keçirilməsi həm Quran dərsləri verənlərin özləri üçün, həm valideynlər, həm də dövlət orqanlarına daha şəffaf olar. Bu alqışlanmalı məsələ olduğuna görə onların üzərinə gedilməsinin tərəfdarıyam”.

Ayyət Əhməd