Məktəblilər arasında dava ölümlə nəticələndi




Masallıda məktəblilər arasında mübahisə ölümlə nəticələnib. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbdə qeydə alınıb. Kənan və Həsənağa adlı məktəblilər arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə Kənan gicgah nahiyəsindən aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.