Rusiyada təyyarə yerə çırpıldı, ölənlər var




Rusiyanın Moskva vilayətində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə üç nəfər ölüb. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində pilot və iki sərnişin ölüb. İlkin məlumata görə, təyyarə gəzinti uçuşu həyata keçirirmiş.

Qəzanın səbəbləri araşdırılır.