Qaxda qayadan düşən ovçunu axtaran atlılarla əlaqə kəsildi

İlisu kənd sakinlərindən ibarət atlılar Bədrəddin Babayevin cəsədi olan yerə enə biliblər



Artıq 4 gündür ki, Qax rayonunun İlisu kəndində dərəyə düşən ovçu Bədrəddin Babayevin axtarışlarına kənd sakinləri cəlb ediliblər.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, cəsədi İlisu kəndinin yüksək dağ yamaclarında qalan Bədrəddin Babayevin cəsədinin texnika vasitəsi ilə helekopterlə çıxarmaq mümkün olmayıb. Buna görə də mərhumun yaşadığı kəndin 1 qrup atlılardan ibarət sakini hadisə yerinə yollanıb. Gecə saat 04 radelerinde yola düşən atlılardan ibarət qrup cəsədin olduğu yerə enə biliblər.
Lakin bir necə saatdır ki, həmin ərazidə mobil telefon işləmədiyi üçün atlılarla əlaqə kəsilib.
Kənd sakinlərinin sözlərinə görə, hava şəraiti imkan verəcəyi təqdirdə atlılar günün sonuna kimi B.Babayevin cəsədini dərədən çıxarmağa çalışacaqlar. Lakin adıçəkilən ərazidə əlverşsiz, duman və qarlı hava şəraiti olduğundan kənd sakinləri xilasetmə əməliyyatında problemlər yaranacağını ehtimal edirlər.