«Müsavat»sız heç bir siyasi blok legitim ola bilməz»

Ramin Hacılı: «Əli Kərimli və İsa Qəmbərin siyasətdən getməsi mümkün deyil, çünki…»
«…Hakimiyyət indiki müxalifətin qalmasında maraqlıdır»


Son günlər ölkənin müxalif düşərgəsi AXCP və Müsavat Partiyalarının savaş meydanına çevrilib. Qurumlar arasındakı ziddiyyətlər Müsavatın Milli Şuradan ayrılmasından sonra baş verdi. Çünki bu, AXCP tərəfindən aqressiya ilə qarşılandı. Müsavatın MŞ-dən getməsi qurumdakı istefaların sayını daha da artırdı. Müsavatın addımı ölkədə gələcəkdə keçiriləcək bələdiyyə və parlament seçkilərində təkbaşına iştirak etməsi kimi yozulur. İsa Qəmbər iqtidarla əməkdaşlıq etməkdə ittiham olunur və maraq doğuran məqamlardan biri odur ki, partiya yetkililəri şəxsi və partiyalar arasında başlanan konfliktlərdə Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəyin adını hallandırırlar. Elçibəyin zamanında müxalifət nümayəndələri haqqında səsləndirdiyi fikirlərdən biri-birinə kompramat kimi istifadə edirlər. Bu hal bəzi cəbhəçilərin etirazına səbəb olub. Ölkə müxalifətində yaşanan qarşıdurmaların dözülməz məcraya yönəlməsi ictimaiyyətdə də xəyal qırıqlığı yaradıb. Bu cür hadisələr səbəbindən xalq arasında onsuz da etimadını itirmiş müxalifətə inam sıfıra enib. Cəmiyyətdə belə bir rəy formalaşıb ki, indiki iqtidarın dəyişməsi nə qədər zəruridirsə, illərdir ölkə müxalifətinə ciddi-cəhdlərlə rəhbərlik etmək istəyən AXCP sədri Əli Kərimli və İ.Qəmbərin də liderlik vəzifəsindən istefaları o qədər zəruridir. Müxalif cəbhənin başına yeni gənc liderlərin gəlməsi zərurəti yaranıb.

Ölkə müxalifətində baş verən ziddiyyətli situasiyanı Azərbaycan Avropa Hərəkatının prezidenti, gənc fəal Ramin Hacılı dəyərləndirir.

- Vəziyyətdən yəqin ki, məlumatınız var. Müxalif düşərgədə, AXCP və Müsavat arasında baş verən çəkişmələri necə dəyərləndirirsiniz? İki güclü müxalif təşkilat arasında uzun illərdən bəri davam edən ziddiyyətlər nədən qaynaqlanır?

- Belə hallar çox olub. 1998-ci ildən bəri Azərbaycan siyasətində bu kimi hallara tez-tez rast gəlinir. Bu da həmin hallardan biridir. Qarşıdurma heç nəyi dəyişdirməyəcək. Azərbaycan müxalifəti yenidən birləşə bilər. Yenə də eyni ideyalar ətrafında birləşib, yollarına davam edə bilərlər. Bu kimi söz savaşları zaman-zaman olub və indi də təkrarlanır. Seçkilər də göstərdi ki, ölkədə yalnız gənclər müxalif düşərgənin irəli sürdüyü ideyalara qoşulur. Yaşlı nəsil qatılmır.

- Niyə?

- Çünki bu insanlar dəfələrlə görüblər ki, müxalifətin iddiaları absurd sonluqla nəticələnib. Bütün seçkilər belə qurtarıb. Seçkilərdən sonra biri-birlərinə qarşı ittihamlara başlayıblar. Seçkilərdən öncə də kövrək və sonradan dağılacaq birliklər yaradılıb. Düşünürəm ki, müxalifət bu formada da davam edəcək. Bundan artığına gücü çatmır. Xalqın yeni təşəbbüslə ortaya çıxmaq həvəsi yoxdur. Ona görə də liderlik köhnələrin əlində qalıb.

- Bəzi siyasilər hesab edirlər ki, sonuncu qarşıdurma Müsavatın Milli Şuradan çıxmasından sonra başlanıb. Səbəb kimi bu amil yozulur. Doğru yanaşmadırmı?

- Müsavatın MŞ-dən ayrılması ilə bağlı məsələyə AXCP-nin reaksiyası ondan ibarətdir ki, Ə.Kərimli yaranmış fürsətdən istifadə etməyə çalışır. Məsələni bir az da qabardaraq cəmiyyətə və beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, ölkə müxalifətini Müsavat Partiyası parçalamaq istəyir.

- Hər iki partiya liderinin istəyi nədir? Niyə konfliktə gedirlər. Baş qaldıran narazılıqları sakit tərzdə yoluna qoymaq mümkün deyilmi?

- Məqsəd ondan ibarətdir ki, hər iki tərəf vahid güc mərkəzi kimi qalmaq niyyətindədir. Hər iki partiya lideri bunu arzulayır. Məsələn, İ.Qəmbər istəyir ki, sabah hər hansı dəyişikiliyə ehtiyac yarananda, xalqın və beynəlxalq ictimaiyyətin Müsavatdan başqa seçimi olmasın. AXCP də eyni məqsəd üçün çalışır. İndiki halda hakimiyyətə gəlmələrinin mümkünsüzlüyünü dərk edərək, vahid güc olmağa çalışırlar ki, nə vaxtsa hakimiyyətə gəlmək şansı yaranarsa, alternativ kimi ən güclü tərəf özləri olsun. Müsavat istəmədi ki, onun resursları hesabına digərləri də güclənsin. Ona görə də Mş dən ayrıldı. AXCP-də bundan istifadə edir. "Müsavatı”-ı müxalifəti bölməkdə və hakimiyyətə xidmət etməkdə ittiham edərək bütün məğlubiyyətlərinin baiskarı kimi göstərirlər. Bununla da İ.Qəmbərin və partiyasının ictimai nüfuzunu aşağı salmaq istəyirlər. Savaşın bir adı var o da alternativ olmaqdır.

Milli Şuradan fərdi istefaların da sayı artıb. Bunu "Müsavat”ın istefası ilə bağlayırlar. Bir birliyin perspektivi, müqəddaratı bir siyasi təşkilatdan asılı ola bilərmi? nə dərəcədə əsaslı düşüncələrdi?

MŞ yarananda "Müsavat” ın ora qoşulmasında maraqlı idilər. Qurumda olan bütün tərəflər bilirdilər ki, "Müsavat” ın qoşulmayacağı birlik legitim və ya müxalifətin vahid mövqeyi kimi tanınmayacaq. Ona görə Müsavat və AXCP MŞ də əsas yerləri bölüşürdülər. MŞ Rüstəm İbrhimbəyovun və Eldar Namazovun qatıldığı İctimai palatanı xatırladır. MŞ-in İP-dan elə böyük fərqi yox idi. Bunun parçalanmağına Musavat partiyasının qurumdan ayrılması səbəb oldu. Xatırlayrsınzsa, "Müsavat” 2005-ci ildə "Azadlı bloku”dan da çıxdı. AXCP Lalə Şövkət və Əli Əliyevlə birlikdə blokda qaldı. Amma bloku qoruyub saxlaya bilmədilər. "Müsavat”sız legitim hesab olunmadı. Bu baxımdan AXCP çalışır ki, "Müsavat”-ı əzsin. "Müsavat”sız MŞ də legitim tərəf kimi qala bilsin. Sonra isə çox böyük həvəslə digərlərini əzsin. Göydə Allah yerdə AXCP olsun. Bu kənardan belə görünür.

"Müsavat”ın istefası başqa –başqa şəxslərə niyə təsir etməlidir ki? Çünki onlar partiya şəkilində deyil, fərdi olaraq MŞ-ə üzv olmuşdular...

İstefa verənlərin hasmısı bundan əvvəlki illərdə də "Müsavat”-la daha yaxın olublar. Ə.Kərimli ilə münsibətlərində gərginlik olub. Orda olmalarının səbəbi "Müsvat” patrtiyası idi. Müsvata partiyasının olmadığı yerdə onlar olmayacaqlar.

Bundan belə MŞ in fəaliyyətini davam etdirməsinə ehtiyac varmı? Çünki adıçəkilən qurumun prezident seçkiləri ilə bağlı yarandığ iddia olunur.

Məsələ ondan ibarətdir ki, MŞ məqsədlərini bəyan edəndə bildirmişdi ki, tək hakimiyyət dəyişikliyi ilə deyil, Azərbaycanın demokratikləşməsi, şəffaf cəmiyyətin qurulması, müxtəlif çoxşaxəli fəaliyyətlər barədə addımlar atacaq. Bu öz yerində ki, bəyanatlar qeyri -səmimi səslənirdi. Düşünürəm ki, MŞ-in fəaliyyəti zəif olacaq. AXCP resurslarını MŞ-ə israf etməyəcək. Bütün resurslarını öz partiyaılarının inkişafı üçün xərcləyəcək. Necə ki, Azadlıq blokunda oldu. Ziddiyyətlər nə vaxta qədər davam edə bilər.?

Güman edirəm ki, 2015-ci ildə də belə bir qarşıdurmanın şahidi olacağıq.

"Müsavat”ın MŞ-dən ayrılmasını növbəti illərdəki bələdiyyə və parlamnet seçkiləri ilə əlqaləndirlir. Bildirilir ki, "Müsavat” seçkilərə təkbaşına getmək istəyir. Musavat doğrudan da ortaya israr qoyubsa, bunu necə dəyərləndirirsiniz?

Ən mətniqli addım hesab edirəm. İndiki halda bu haqda əlimizdə heç bir səhih informasiya yoxdur. Yalnız ehtimala əsaslanıb fikir yürüdə bilərik. "Müsavat” partiyası onun resursları hesabına digər partiyaların güclənməsi və cəmiyyətdə siyasi divident qazanmasını istəmir. Öz resurslarını özünün inkişafına, parlamentdə yer alması və liderinin gündəmdə qalması istiqamətində istifadə etmək niyyətindədir. Buna görə də artıq təkbaşına qalmaq qərarını verdi. Təbii ki, bu həm də seçkilərdə mandat qazanmaq üçün bir təşəbbüsdür. Aydınca görünürdü ki, "Müsavat” MŞ-də olmaq istəmir. Onların irəli sürdüyü bütün şərtlər qəbul olundu. R.İbrahimbəyov uzaqlaşdırıldı. Cəmil Həsənli sədr oldu. İ.Qəmbərin MŞ lə bağı bütün istəklərinin yerinə yetirlməsinə baxmayaraq hazırda, onlar MŞdə deyil. Bunu rasional addım kimi dəyərləndirirəm. Siyasətdə kimsə kiməsə borclu deyil. Hər kəs rasional olmaq məcburiyyətindədir. "Müsavat” partiyası da bu imkanlarını boşa vermək istəmədi.

AXCP birliyin davam etdirlməsində niyə maraqlıdır?

Çünki, onlar özlərinə qarşı başlanan hücumlarda digər tərflərin də dəstəyindən faydalanmaq istəyirlər. AXCP-ə olan hücunlar daha kəskindir. O hücumlarda dəstəklər lazımdır. Bu baxımdan tərəfdaşlarının sayını artırmaq istəyir.

AXCP və "Müsavat” çəkişməsində sabiq prezident Əbülfəz Elçibəyin də adı hallanır. Onun zamanında müxalifət yetkililəri barədə söyləntilərindən bir-birinə kompramat kimi istifadə edirlər. Şəxsi və ya partiya müstəvidə başlanan polemikada Elçbəyin adının çəkilməsi nə dərəcədə düzgündür?

Bu onu göstərir ki, rəhmətlik bəyin ölümünün səbəkarları da məhz onlar olub. Baxça uşağı səviyyəsində olan mübahisələrdə onun adından istifadə edirlərsə, deməli onun varlığında da istifadə ediblər. Məişət xarakterli mübahisələrdə Elçibəyin addının hallandırlması düzgün deyil. 1992-93 cü illərdə eyni hadisələr yaşanırdı. İcra orqanlarında hansı partiya təmsilçilərinin yerləşdirilməsi uğurunda Ə. Kərimli və İ. Qəmbər arasında şiddətli müharibələr gedirdi. Bu da Elçibəy hakimiyyətinin sonuna çıxdı. Ona görə bu insanların Əbülfəz bəyin adını dillərinə gətirməyə belə haqları yoxdur. Baxçasəviyyəli mübahisələrdə böyük şəxsiyyətin adının hallandırılması yolverilməzdir.

Bəzi siyasilər belə fikir səsləndirlər ki, xalq artıq ölkə müxalifətinə olan etimad və inamını itib...

Xalqın müxalifətə inanmamağı əvvldən məlum idi. Müxalif lidrlərdə gözəl bilirdilər ki, siyasiləşməmiş təbəqə onlara bel bağlamır. Seçkilərdə bu, açıq şəkildə özünün büruzə vedi. Aksialaydan da görmək olurdu. Bu insanlar artıq heç kimə maraqlı deyil. Onlar təccübləndirci liderlər olmayıbıar. Siyasiləşmiş təbəqə onlrı müzakirə edir. Sadə vətəndaşlar heç vaxt bunlardan danışmır.

Ölkə müxalifətinə yeni liderlərin gəlməsi məsləsi aktualdır...

İndiki müxalifətin getməsi barədə ciddi cəhdlərlə səy göstərsək də, müəyyən fikirlər səsləndirsək də bu mümükün olmayacaq. Çünki mövcud iqtidar müxalifətin qalmasında maraqlıdır. Müxalifətin qalması üçün əlindən gələni əsirgəmir. Beynəlxalq inistitutlar da ölkədə yeni qüvvələrin meydana çıxmasında maraqlı deyil. Hər hnası bir qüvvənin ortaya çıxması üçün beynəlxalq təşkilatların verdiyi dəstək Azərbaycan hökuməti tərfindən agressiya ilə qarşılanır. Bunlar dəqiq faktlardır. Hesab edirəm ki, uzun illərdir ölkə müxalifətini zəbt etmiş insanların yaxın perspektivdə getməsi real görünmür. Ə.Kərimli və İ. Qəmbərin siyasətdən getməsi mükün deyil .Bu insanları siyasətdə qalması üçün maraqlı tərflər çoxdur.

Ayyət Əhməd