Amerikada azərbaycanlı qardaşlar milyonları heyrətləndirdi - VİDEO




"Növbəti mərhələyə keçdik. Bu yarışmadan əvvəl, 2015-ci ildə Ukraynada keçirilən talant yarışmasında iştirak etmişik, finalist olmuşuq. Bacarığımıza görə Ukrayna Federasiyası tərəfindən dünya rekordlar kitabına düşmümüşük".

Sherg.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya "America Got Talant"ın azərbaycanlı iştirakçısı Laçın Pəhlivanoğlu bildirib. O, qardaşı Hüseyn Pəhlivanoğlu ilə birgə növbəti mərhələyə vəsiqə qazandığını vurğulayıb:

"Birinci turu keçmək çətin oldu. Yəni, bizim ağlımız Ukraynaya getdi. Orada elə nörmələrlə çıxış etdik ki... Düşündük ki, Amerika bundan da güclüsünü sevər. Amma yox, bizim bir neçə nörmələrimiz qorxulu olduğu üçün efirə vermədilər. İkinci tura az qorxulu nömrələr hazırlayırıq".

İştirakçı Qubada atasının adını daşıdığı idman klubunda məşqçi kimi çalışdığını söyləyib:

"Qubada yaşayırıq, 20 ildən artıqdır ki, atamızın adını daşıyan "Pəhlivan Əli" idman klubunun məşqçiləriyik. Atamız Əli, əmimiz Qəmbər Dağıstanın xalq pəhləvanları olub. Üç qardaşıq. Böyük qardaşım Həsən, ikinci mən, üçüncü isə Hüseyndir. Elə üçümüz də bu peşəylə məşğuluq. Həsən Rusiyada yaşadığı üçün yarışmada ikimiz iştirak etdik".

Laçın bildirib ki, onların hədəfi "Ginness"in rekordlar kitabına düşməkdir:

"Dünyanın qeyri-adi istedad axtarışında olan şoularından xəbərimiz var, əsas fikrimizdə ölkəmizi təmsil etməkdir və "Ginness"in rekordlar kitabına düşməkdir. Bizi bütün şouların özləri dəvət edir. Hər sezon 4-5 ölkədən dəvət alırıq, seçim edirik, reytinqlilərin təklifinə müsbət cavab veririk. Dəvət aldığımız ölkələrə xərclənən maddiyatı öz şəxsi cibimizdən veririk. Lakin dəvət edən ölkələr var ki, müəyyən qədərini və ya hamısını qarşılayır".

----------

09:42

Azərbaycanın Quba rayonundan olan üç qardaş, üç pəhləvan ABŞ-ın ən populyar teleşoularından olan "America's Got Talent"da çıxış ediblər.

Milli.Az bildirir ki, onların çıxışları həddən artıq həyacanlı, riskli və ekstremal olub.

Münsiflər heyətinin iki üzvü - Hovi Mendel və Haydi Klum çıxışın dayandırılması üçün "Yox" düyməsinə basıblar. Mel Bi və Saymon Kouell isə səhnədə yaşananları qorxu ilə seyr ediblər.

Azərbaycanlı pəhləvanların çıxışının əks olunduğu video sosial şəbəkələrdə rekord vurur. Bu videoya dünəndən bəri tamaşa edənlərin sayı artıq 146 milyonu keçib.