İlham Əliyev Ruhaniyə başsağlığı verdi




Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə Tehranda törədilmiş terror aktı ilə əlaqədar başsağlığı verib.

Sherg.az-ın AzərTac-a istinadən məlumatına görə, "Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi və hiddətləndirdi,” – deyə dövlət başçısı məktubda qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, bu qanlı hadisə terrorizmin bütün dünya üçün dəhşətli bir bəlaya çevrildiyini, onun bütün təzahürlərinə qarşı birgə səylərlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.

Dövlət başçısı baş vermiş faciə ilə əlaqədar İran Prezidenti Həsən Ruhaniyə, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.a