Bakıda 18 yaşlı qız 12 gündür yoxa çıxıb




Bakıda 18 yaşlı qız itkin düşüb. 

Lent.az xəbər verir ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Məmmədova Cahan Əlişir qızı (ad şərtidir) mayın 26-da evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Yaxınları onun fotosunu və xarakterik əlamətlərini polisə təqdim edib.

Faktla bağlı araşdırma aparılır.