Tovuzda 61 yaşlı kişini ilan sancdı




Tovuz sakinini ilan sancıb.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar kənd sakini 1956-cı il təvəllüdlü Məmmədov Fazil İsmayıl oğlu özünə məxsus həyətində gəzərkən ilan onun sol ayağından sancıb.
F.Məmmədov dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərda vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.