33 yaşlı kişi sirkə turşusu içdi




Gəncə sakini sirkə turşusu içərək zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Elçin İslam oğlu sirkə turşusu zəhərlənməsi əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. 

Ona tibbi yardım göstərilib və Bakıda olan xəstəxanaların birinə aparılıb.
Məlumata görə, E. Məmmədov sirkə turşusu içərək zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.