ABŞ koalisiyası yenə Əsəd qüvvələrini bombaladı




ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada hökümətyönümlü qüvvələrə yenidən zərbə endirib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiya nümayəndəsi bildirib.
Qeyd edək ki, koalisiya iyunun 6-da Suriyada hökümətyönümlü qüvvələrə zərbə endirmişdi. Aviazərbə nəticəsində iki suriyalı hərbçi həlak olub, daha 15 nəfər isə yaralanmışdı.

Bundan əvvəl hökumət qüvvələrinə analoji zərbə mayın 18-də endirilmişdi.