Meyitlər xəstəxanada qarışdı

Dəfn edilən cəsəd məzardan təkrar çıxarıldı



Adananın Baraman qəsəbəsində bir qadının cəsədini dəfn etmək istəyən yaxınları, xəstəxanadakı qarışıqlıq səbəbiylə fərqli adamın nəşinı götürərək onu dəfn etdiblər.

Səhv ortaya çıxınca qadının meyiti məzardan çıxardılaraq təkrar xəstəxananın meyitxanasına qoyulub.

Məlumata görə, Baraman xəstəxanasında ölən Hamide Esenboğanın (95) cənazəsi xəstəxana meyitxanasına qoyulub. Yenə eyni xəstəxananın reanimasiya şöbəsində müalicə alan Mezyune Çiftçioğlu da həyatını itirib və meyitxanaya götürülüb. Çiftçioğlunun yaxınları günorta saatlarında xəstəxanaya gələrək cənazələrini meyitxanada yoxlayıb və səlahiyyətlilər tərəfindən onlara təslim edilən cəsədi İdem məhəlləsi qəbiristanlığında dəfn ediblər. Daha sonra Çiftçioğlunun yaxınlarından biri şübhələnərək öz cənazələri yerinə başqa birini dəfn etdiklərini bildirib və məzar təkrar qazılıb. Məzardan Çiftçioğlunun nəşi yerinə eyni gün xəstəxanada həyatını itirən Hamide Esenboğanın cənazəsi çıxıb. Yaxınları tərəfindən təkrar xəstəxana səlahiyyətlilərinə təslim edilən Esenboğanın nəşi, meyitxanaya verilib. Esenboğanın ailəsinin vəziyyətdən xəbərdar olmadığı, cənazələrini bu gün dəfn edəcəkləri öyrənildi. Çiftçioğlunun nəşi də bu gün torpağa veriləcək.