Sevginin gücü: Bu cütlük bir-birlərinin qanını içir - FOTOLAR

Sirklərdə vampir şouları hazırlayan cütlük, gerçək həyatda da vampir kimi yaşayırlar. Bir-birlərinin qanını içən cütlük, bununla sevgilərini gücləndirdiyini söyləyir.
Qorxu sevən cütlük bir-birlərinə olan bağlılıqlarını bununla simvollaşdırdıqlarına inanırlar. Ancaq filmlərdə və kitablarda gördüyümüz kimi boyunlarını dişləyərək qan əmmirlər. Bunun yerinə dezinfeksiya olunmuş tibbi şprislər və iynələrlə qan alıb, şüşələrdə içirlər. Denis Alberto adlı adam, "Qan bizim üçün mifoloji bir bədən mayesidir. Bizim üçün həyatı təmsil edir. Evli cütlər necə üzük taxırsa, biz də eşqimizin və bağlılığımızın simvolu olaraq bir-birimizin qanını içirik.” sözləriylə azğın ritualları açıqlayır. "Mirror”un xəbərinə görə, 30 yaşlı Denis, 20 yaşlı qız yoldaşı Ilaria ilə 3 il əvvəl sirk nümayişi üçün assistent axtararkən Facebook üzərindən tanış olub. İtalyan cütlük o gündən bəri vampirli qorxu səhnələrini birlikdə sərgiləyirlər. Vampir həyatları şoularının xaricində də davam edir. Evlərində bir-birlərinin qanını içən cütlük, bunun evlilik üzüyü taxmaq qədər normal olduğunu düşünür.
Qan içmənin yanında Denis və Ilaria vampirə bənzəmək üçün  dişlərinə implant etdirib.