BDU-nun jurnalistika fakültəsində diplom işi müdafiəsi keçirilib

Akif Aşırlı:"Sevindirici haldır ki, tələbələr buraxılış işlərini yüksək peşəkarlıqla hazırlamışdılar"
Bu gün Bakı Dövlət Univeristeti (BDU) jurnalistika fakültəsi IV kurs tələbələrinin diplom işi müdafiəsi keçirilib. Prosesdə Dövlət İmtahan Komissiyasının sədri, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı və komissiya üzvləri - universitetin professoru Cahangir Məmmədli, professor Həmid Vəliyev, professor Nəsir Əhmədli və fakültənin dekan əvəzi, dosent Vüqar Zifəroğlu və başqaları iştirak ediblər.
Komissiya sədri A.Aşırlının Sherg.az-a verdiyi məlumata görə, universitetin 9 tələbəsi- Korobeynik Viktoriya, Aysel Məmmədova, Səbinə İsmayılova, Türkan Babayeva, Nurlan Salamov, Rəvanə Səmədova, Firuzə Hüseynova buraxılış işlərini uğurla müdafiə ediblər:
" Sevindirici haldır ki, tələbələr buraxılış işlərini yüksək peşəkarlıqla hazırlamışdılar. Verilən suallar, opponentlərin rəyləri, mövzu ətrafında aparılan elmi müzakirələr imtahan prosesinin maraqlılığını artırırdı. Diqqət doğuran məqam isə ondan ibarət idi ki, tələbələrdə özünəinam vardı".
Növbəti buraxılış işlərinin də uğurla başa çatacağına inandığını söyləyən A.Aşırlı jurnalist təhsilinin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu bildirib.
Ayyət