39 il günahsız həbsdə yatdı, məhkəmədə 1 milyon dollar təzminat qazandı


ABŞ-da etmədiyi bir cinayət üzündən 39 il günahsız həbs çəkən Ricky Jackson rekord bir təzminat qazandı. ABŞ məhkəməsi Jacksona 1 milyon dollar təzminat ödənməsinə qərar verdi. Jacksonun qərara reaksiyası isə "Voov" sözü oldu.
Keçən il noyabr ayında Ricky Jacksonun etmədiyi bir cinayətdən ötəri 39 il həbs cəzasına məhkum edildiyi  aydın olmuş və sərbəst buraxılmışdı. ABŞ hüquq tarixinə qara bir ləkə olaraq düşən bu qərar səbəbiylə 39 ili oğurlanan Ricky Jackson təzminat davası açmışdı.
ABŞ-ın Ohayo ştatındakı  məhkəmə, Ricky Jacksonun ABŞ Ədalət Nazirliyinə açdığı təzminat iddiasını dünən qəbul etdi. ABŞ, 39 il qarşılığında Ricky Jacksona 1 milyon dollar təzminat ödəyəcək.
Ohayo ştatı  parlamentində 2010-cu ildə qəbul edilən bir qanuna istinadən  qərar verən hakim, Ricky Jacksona həbsdə qaldığı 39 il üçün 1 milyon dollar ödənməsinə qərar verdi.
Məhkəmənin verdiyi qərarı eşidən Jackson, "Voov, bu çox möcüzə bir xəbər" sözləriylə reaksiyasını dilə gətirdi.
59 yaşındakı Ricky Jackson 1975-ci ildə, Wiley Bridgeman və Kwame Ajamu ilə birlikdə Harold Franksı öldürməklə günahlandırılmışdılar. O tarixdə 13 yaşındakı bir uşağın şahidliyində Ricky Jacksona 39 il həbs cəzası verilmişdi.