4 gün öncə başladı: Artıq 65 mindən artıq insan petisiyanı imzalayıb






Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Elçin Salmanov Qarabağa dəstək aksiyası ilə bağlı son məlumatları diqqətə çatdırıb. 

"AVCİYA-nın "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə petisiya” layihəsi uğurla davam etməkdədir. Ağ Ev Administrasiyasının internet resursunda (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe) cəmi 4 gün öncə petisiya açılmasına baxmayaraq artıq 65 mindən artıq insan petisiyanı imzalamışdır. Əlbəttə ki, bu çox yüksək göstəricidir, amma sayı milyonlarla olan dünya Azərbaycanlılarının, Dünya Türklərinin hamısı bir nəfər kimi bu kampaniyaya qoşulmalı, hamı işğalçı Ermənistanı ifşa etmək üçün birləşməli, daha yüksək göstəricilər əldə olunmalıdır. Düzdür, qaydalara görə 100 000 səs petisiya üçün kifayət edir, lakin biz miyonlarıq və milyonların imzası Qarabağ həqiqətlərini, Sərsəng harayını beynəlxalq aləmə çatdırmalıdır. Hər kəsi bu aksiyaya qoşulmağa dəvət edirəm.”